“Uşaq Avroviziyası-2023” beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, bu il müsabiqədə 16 ölkənin nümayəndəsi iştirak edəcək.
Azərbaycanın adı isə sözügedən siyahıda yoxdur.
Məlumatda qeyd olunur ki, bu il Fransanın Nitsa şəhərində təşkil ediləcək “Uşaq Avroviziyası-2023” müsabiqəsində Estoniya debüt edəcək.
Qazaxıstan 2018-ci ildən, Serbiya isə 2014-cü ildən bəri ilk dəfə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcək.
Xatırladaq ki, bir müddət əvvəl “Eurofestivales” bloqu Azərbaycan nümayəndə heyətinin başçısı Vasif Məmmədova istinadən Azərbaycanın “Uşaq Avroviziyası”nda iştirakdan imtina etməyəcəyini yazmışdı.
İmtinanın səbəbi açıqlanmamışdı. İTV tərəfindən isə hər hansı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Azərbaycan Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2012-ci ildə iştirak edib. O zaman ölkəmizi müsabiqədə Suada Ələkbərova və Ömər Sultanov (11-ci yer) təmsil ediblər. Sonuncu dəfə, 2021-ci ildə isə müsabiqədə ölkəmizi Sona Əzizova (5-ci yer) təmsil edib.
www.RIA24.az