“Müasir uşaq ədəbiyyatında problemlər çoxdur”.
Oxu.Az-ın məlumatına görə bunu “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə bildirib.
O, həmçinin dərsliklərlə bağlı problemə də toxunub. Q.Nəcəfzadənin sözlərinə görə, iki ildir ki, dərsliklərlə bağlı problemləri gündəmə gətirir:
“Azərbaycan dili dərsliyini yazan şəxs dilimizi bilməlidir. Bizim dərsliklərimizdə problemlər çoxdur. Çalışıb bu problemi həll etməliyik”.
İlhamə Əbülfət
www.RIA24.az