“Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb – FOTO

Mədəniyyət


Bu gün “Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb.

Oxu.Az-ın məlumatına görə, forum Gülüstan sarayında keçirilir.

Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində olub. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir