Milyonlarla dolları görüb “dili açılan” “Snoop Dogg” – FOTO

Mədəniyyət


Məşhur reper “Snoop Dogg” sentyabrın sonlarına yaxın İrəvanda konsertə hazırlaşır. Ermənistan mətbuatı xəbər verir ki, bu tədbir ölkə büdcəsinə 23,2 milyon dollara başa gələcək.

Görünür, bu məbləğ ifaçını həyəcanlandırıb və onun sərsəm açıqlamalar verməsinə gətirib çıxarıb.

Belə ki, o, özünün “Instagram” hesabında Azərbaycanın Qarabağ iqtisadi rayonunu qondarma “Artsax” adı ilə adlandırıb və orada yaşayan ermənilərə sevgisini bildirib.

 “Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, Qarabağda və bütün dünyada yaşayan bütün ermənilərə öz sevgimi bildirirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı diləyirəm. Sentyabrın 23-də gələcəyəm”, – deyə  “Snoop Dogg” paylaşımında yazıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir