“Şöhrət” ordeni ilə təltif olunduğumu sizdən eşitdim”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunan Xalq rəssamı Tofiq Ağababayev deyib.
Rəssam mükafatın onun üçün gözlənilməz olduğunu bildirib:
“Zəng edib təltif olunduğumu dedilər. “Şöhrət” ordeni ilə təltif olunduğumu sizdən eşitdim. “Şöhrət” ordeni böyük ordendir. Siz dediyiniz zaman təəccüb hissi keçirdim. Bu, mənim üçün ani oldu, təltif olunacağımı gözləmirdim.
Dövlətimizin, ölkə başçısının diqqətində olmaq gözəl hissdir, fərəhləndim. Bu, sənətə, işə qiymət verilməsidir. Yüksək səviyyədə qəbul edirəm. Hər kəsə minnətdaram, uğurlar arzulayıram”.
Qeyd edək ki, rəssamı Tofiq Ağababayev 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2007-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı adına layiq görülüb.
Nəzrin Vahid
www.RIA24.az