18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Şuşa şəhər rəhbərliyi və burada fəaliyyət göstərən qurumların nümayəndələri dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər.
Bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov özünün “X” hesabında paylaşım edib.
“Musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin, ilk operanın banisi, dövlət himninin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin doğum günündə Şuşa şəhər rəhbərliyi və burada fəaliyyət göstərən qurumların nümayəndələri onun heykəli önünə gül qoyub, ehtiramla andılar”, – deyə paylaşımda bildirilib.
🇦🇿musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin, ilk operanın banisi, dövlət himninin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin doğum günündə #Şuşa şəhər rəhbərliyi və burada fəaliyyət göstərən qurumların nümayəndələri onun heykəli önünə gül qoyub, ehtiramla andılar pic.twitter.com/Lq6JnjeFop
— Aydin Karimov (@AydinKerimov_Az) September 18, 2023
www.RIA24.az