Perunun nüfuzlu kanalında Üzeyir Hacıbəylinin romansları, uvertüraları səsləndirilib

Mədəniyyət


Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan və Milli Musiqi Günü ilə əlaqədar Azərbaycanda keçirilən “Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Perunun nüfuzlu “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında musiqi proqramı yayımlanıb.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan” romansları, “Koroğlu”, “Arşin mal alan” operalarından uvertüralar, “Aşıqsayağı”, “Cəngi” əsərləri, qızların xor ifası, “Leyli və Məcnun” operasından “Şəbi hicran”, həmçinin Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli bəstəkarların kompozisiyaları səsləndirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir