ABŞ ssenaristləri həmkarlar ittifaqı tezliklə kinostudiyaların nümayəndələri ilə razılığa gələ və bununla da may ayından bəri davam edən tətilə son qoya bilərlər.
ABŞ Yazıçılar Gildiyası və Kino Film və Televiziya İstehsalçıları Alyansı arasında görüş baş tutub və danışıqlar davam etdiriləcək.
Məlumata görə, danışıqların hər iki tərəfi razılığa gəlməyə ümid edir.
“Netflix Inc.”, “Warner Bros. Discovery” и “Walt Disney Co.” kimi məşhur media şirkətlərinin iştirak etdiyi görüşdə artıq müsbətə doğru irəliləyişin olduğu bildirilir.
Qeyd edək ki, 11 mindən çox ssenaristin iştirak etdiyi tətil mayın 2-də başlayıb, aktyorlar isə iyulda tətilə qoşulublar. Həmkarlar ittifaqı nümayəndələri şirkətlərdən əməkhaqlarının artırılmasını və iş yerlərinin təmin olunmasını tələb edirlər.
Mənbə: Interfaks
www.RIA24.az