“Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır”.
Bunu açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.
Onun sözlərinə görə, Xalq artisti artıq səkkiz gündür ki, süni tənəffüs aparatının dəstəyi altındadır:
“Ağciyər funksiyalarında irəlləyiş əldə etmişik, amma hazırda xəstənin vəziyyətinin kritik olmasında serebro-vaskulyar bir hadisənin olmasından şübhələnirik. Nevropatoloq müayinəsi olub və beyində görüntülənmə olması istənilib. Görüntülənmə istilənməsi riskli və çətindir. Gün ərzində beyin maqnit – rezonans tomoqrafiyasının olmasını planlamışıq. Çalışırıq ki, bu müayinəni edək və beyində olan problemi dəqiqləşdirək”.
“Hazırda vəziyyəti pisdir. Beyində bir patologiyanın olması proqnozun daha pis yöndə olmasına işarə verir”, – deyə həkim əlavə edib.