Yazıçılar Gildiyası və böyük Hollivud studiyaları 146 günlük tətili dayandıra biləcək yeni üçillik müqavilə ilə bağlı ilkin razılığa gəliblər.
Məlumata görə, tərəflər beşgünlük danışıqlardan sonra finişə çatıblar. “Biz böyük qürurla deyə bilərik ki, bu sövdələşmə müstəsnadır. O, üzvlüyün bütün sektorları üzrə yazıçılar üçün əhəmiyyətli üstünlüklər və müdafiə təmin edir”, – deyə danışıqlar komitəsindən bildirilib.
Lakin tətil hələ də bitməyib. “Aydınlıq gətirmək üçün: Gildiyadan xüsusi icazə olmadan heç kim işə qayıtmamalıdır. O vaxta qədər biz hələ də tətili davam edəcəyik”, – deyə həmkarlar ittifaqı əlavə edib.
Mənbə: TASS
www.RIA24.az