Britaniyalı aktyor Ceyk Abraham 56 yaşında vəfat edib.
O, Qay Riçinin “Lock, Stock and Two Smoking Barrels” (“Kart, pul və iki tüfəng”, 1998) filmindəki rolu ilə məşhurlaşıb.
Məlumata görə, aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, Abraham diaqnozunu bu ilin iyulunda açıqlayıb. O, uzun sürən xəstəlikdən sonra həkimlərə müraciət edib. Aktyora prostat xərçəngi diaqnozu qoyulub və sonradan bədənin digər hissələrinə yayılıb.
Mənbə: TASS
www.RIA24.az