Sədi Cəfərov: “Türk Abidə Menecerləri Şəbəkəsi turizm sahəsində də uğurlara aparacaq”

Mədəniyyət


“Türk Dövlətləri Təşkilatının yaradılmasının məqsədi böyük bir irsin qorunmasına yönəlib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirib.

O bildirib ki, türk dövlətlərinin rəhbərlərinin siyasi niyyəti nəticəsində 2020-ci ildə Səmərqənddə Türk Abidə Menecerləri Şəbəkəsi yaradıldı:

“Bu, memarlıq abidələrinin mühafizə olunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir. Türk şəhərlərinin administrasiyalarının birgə əməkdaşlığı bu sahədə təcrübə mübadiləsinə, obyektlərin restavrasiyasına, onlarda elmi tədqiqatların aparılmasına imkan verəcək, türk dövlətləri arasında turizm sahəsində də uğurlara aparacaq. Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusunda olan ölkələrin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir”.

O qeyd edib ki, bu sahədə əməkdaşlıq gələcəkdə də güclənəcək.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir