Cozef Kinq: “Biz keçmişi birləşdirib sabaha doğru hərəkət etməliyik”

Mədəniyyət


“İrs və inkişafın bir araya gətirilib, birlikdə hərəkət edilməsi bu günün əsas mesajlarından olmalıdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən Mədəni Mülkiyyətin Qorunmasının və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin direktoru (ICCROM) Cozef Kinq deyib.

O bildirib ki, 35 illik təcrübəsində elə bir insanla qarşılaşmayıb ki, o öz mədəni irsi ilə fəxr etməsin:

“Bu, çox vacib məqamdır. İrs şəxslərin gələcəyini inkişaf etdirməsinə və dayanıqlılığını təmin etməsinə yardım göstərən vacib məqamdır. Biz keçmişi birləşdirib sabaha doğru hərəkət etməliyik. İrs təbii fəlakətlər, münaqişələr nəticəsində dağıla bilər, necə ki biz bu gün bunu eşitdik. Sürətli inkişaf şəhərlərimizi dağıdır və birlikdə işləməliyik ki, bu baş verməsin. İqlim dəyişikliyini də unutmamalıyıq. Biz şəhərlərimizi yaradan zaman elə həllər ortaya qoyurduq ki, inkişaf metodları dayanıqlı olurdu. Ona görə biz keçmişdən öyrənməliyik”.

Türk Abidə Menecerləri Şəbəkəsinin qurulmasına da toxunan C.Kinq qeyd edib ki, bu, dünya tendensiyalarında yeni məfhumdur:

“İrsi, şəhəri qorumaq istəyiriksə, tərəfdaş abidə menecerləri ilə işləməliyik. Abidə Menecerləri Şəbəkəsinin regional səviyyədə olması daha da vacibdir. Menecerlər bir araya gəlib fikir mübadiləsi aparmalıdırlar. Həmçinin, biz Azərbaycanla müzakirələr aparırıq ki, anlaşma memorandumu imzalayaq”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir