TÜRKSOY-un Baş katibi: “Can Azərbaycan torpağı müasirliyin gözəl mərkəzidir”

Mədəniyyət


“Can Azərbaycan torpağı müasirliyin gözəl mərkəzidir”

APA xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev III “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma mərasimindəki çıxışında deyib.

“Festival ilk dəfə Türkiyədən kənarda məhz bu il təşkil edilib. Burada 4 gün ərzində bizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərimi ifadə edirəm. Həmçinin bu günlər ərzində Azərbaycan xalqına qonaqpərvərliyinə görə minnətdaram”, – o əlavə edib.

Sultan Raev kino sahəsinin on illər sonra da türk dünyası və xalqlarını bir araya gətircəyini bildirib:

“Biz buna səmimi qəlbdən inanırıq”.

Baş katib çıxışının sonunda azərbaycanlı şair Səlim Babullaoğlunun “Azərbaycan” şeirindən bir hissəni səsləndirib.

Sultan Raevin çıxışından sonra festivalin ənənəvi mükafatı olan TÜRKSOY-un xüsusi mükafatı təqdim edilib.

Builki mükafata azərbaycanlı aktyor, Xalq artisti Fəxrəddin Manafov layiq görülüb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir