“Bakı” Müəllif Mahnıları Klubunun yeni mövsümü açılıb

Mədəniyyət


Müasir İncəsənət Mərkəzində “Bakı” Müəllif Mahnıları Klubunun ədəbi-musiqili gecəsi keçirilib. Poeziya və müəllif mahnısı həvəskarları bir-biriləri ilə yaradıcılığı bölüşmək və qarşıdan gələn mövsümlə bağlı planları müzakirə etmək üçün bir araya gəliblər.

Bu barədə AZƏRTAC klubun fəaliyyəti haqqında bəhs edən gecənin təşkilatçısı, müəllif Vera Velikanovaya bildirib.

“Bakıdakı Müəllif Mahnıları Klubu vaxtıilə gənclər, yaradıcı ziyalılar arasında çox populyar olub. Mən 10-12 il bundan əvvəl kluba gəlmişəm. İndi klubun üzvləri – ümumi ideya ətrafında birləşən insanlardır. Biz müəllif mahnısı ənənələrini qoruyub saxlamaq üçün mümkün qədər tez-tez görüşməyə çalışırıq.

Pandemiyadan əvvəl müəllif mahnısı festivalları keçirilib ki, həmin tədbirlərdə müxtəlif şəhər və ölkələrdən insanlar iştirak ediblər. Təəssüflər olsun ki, hazırda bu əlaqələr müvəqqəti olaraq azalıb və buna görə də ədəbi-musiqili gecələri keçirmək üçün sadəcə bir araya gəlmək ideyası yaranıb. Biz hər zaman sosial şəbəkələrdə elan yerləşdiririk və istəyi olan hər kəsi bizə qoşulmağa dəvət edirik”, – deyə o vurğulayıb.

Tədbirdə şairlər və qiraətçilərin də iştirak etdiyini qeyd edən Vera Velikanova deyib: “Şeir – müəllif mahnısını müəyyən edən, titrəyən sinirdir, musiqi isə müəllifin hisslərini və düşüncələrini dinləyicilərə çatdırmağa köməklik edir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir