KVN-də Zelenski ilə əməkdaşlıq edən Sergey Sivoxo vəfat edib – FOTO

Mədəniyyət


Ukraynanın KVN (Şən və Hazırcavablar Klubu) komandasının keçmiş iştirakçısı Sergey Sivoxo 54 yaşında vəfat edib.

Bu barədə Sivoxoya yaxın mənbədən bildirilib.

Məlumata görə, onun ölümünün səbəbi ağciyərlərin xroniki xəstəliyi olub.

Sivoxo Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Rusiyanın İctimai Palatasının üzvü Anna Revyakina oktyabrın 16-da axşam saatlarında Sivoxonun ölümünü elan edib. Daha sonra o, teleaparıcının sağ olduğunu, lakin çox güman ki, həyat dəstəyi sistemindən ayrılacağını yazıb.

Qeyd edək ki, Sivoxo Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Kvartal 95” studiyasında işləyib, sonra isə siyasətə yönəlib və Ukrayna Təhlükəsizlik Şurası rəhbərinin müşaviri olub.

Mənbə: Meduza

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir