“Qəribə şeylər”in ulduzu serialın dostları ilə yaratdığı problemlərdən danışdı – FOTO

Mədəniyyət


“Qəribə şeylər” (“Stranger Things”) serialının ulduzu Milli Bobbi Braun məşhurluğun həyatına gətirdiyi çətinliklərdən danışıb.

Britaniyalı aktrisa erkən şöhrətə görə etibar problemi yaşadığını etiraf edib. O, uşaqlıqdan diqqət mərkəzində olduğu üçün tez-tez görünüşünə və hərəkətlərinə görə tənqid olunduğunu da bildirib.

Milli Braun bu cür təzyiqin onun emosional vəziyyətinə çox mənfi təsir etdiyini və psixi sağlamlığını korladığını, bu səbəbdən özünə qapandığını vurğulayıb.

“Bu kədərlidir. Güvənlə bağlı problemlərim var. Dostlarım o qədər də çox deyillər, çünki özümü çox insanlardan təcrid edirəm”, – deyə aktrisa hisslərini bölüşüb.

Qeyd edək ki, aktrisa daha çox 13 yaşında “Qəribə şeylər” serialındakı “On bir” roluna görə “Dram serialında ən yaxşı köməkçi aktrisa” nominasiyasında “Emmy” mükafatına layiq görülüb. O, həmçinin UNICEF-in ən gənc xoşməramlı səfiridir.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir