“Fransa digər dövlətlərin ondan asılı olmasını istəyir”.
“Report” xəbər verir ki, bunu Fransanın “Kernews” radiosunun və “La Balle” qəzetinin baş redaktoru Yannik Urrien oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, media isə bu vəziyyətdən danışmaq istəmir:
“Fransa mediası ağzına su alıb susur. Artıq bəsdir. Fransa artıq bir çox sahədə, o cümlədən təhsil və təhlükəsizlik sahələrində uğursuz olub. Bakıda biz daha çox sərbəstik, nəinki Parisdə”.
Y.Urrienin sözlərinə görə, Fransa rəhbərliyi həmişə onlarla hesablaşmayanlara qarşı vandallıq edib:
“Bundan Fransa xalqı özü də əziyyət çəkib”.
www.RIA24.az