Alla Puqaçova uşaqları ilə birlikdə İsraili tərk etdi

Mədəniyyət


Rusiyalı estrada müğənnisi Alla Puqaçova oğlu Harri və qızı Liza ilə birlikdə İsraili tərk edib.

Müğənni ailəsi ilə Kiprə yollanıb. O, gələn ili orada keçirməyi planlaşdırır.

Qeyd edək ki, 2017-ci ildə Alla Puqaçova Kiprdə dəniz sahilində villa alıb. O, əmlak üçün 2 milyon dollardan çox pul ödəyib, ona görə də avtomatik olaraq bu ölkənin vətəndaşlığını alıb. Liza və Harriyə də Kipr pasportları təqdim edilib.

Hazırda rusiyalı ulduzun səhhətində ciddi problemlər olduğu deyilir. Yaxınlarının sözlərinə görə o, çox xəstə və depressiv görünür, heç kimlə ünsiyyət qurmur.

Mənbə: kp.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir