Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühit dizaynı kafedrasının dosenti Elşad Əliyev İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi, Uffizi Qalereyasının təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq layihədə iştirak edib.
Uffizi Qalereyasında qorunub saxlanılan “Giovio silsiləsi” adlı portret kolleksiyası haqqında geniş və hərtərəfli elmi tədqiqatı əks etdirən layihədə bir neçə dünya şöhrətli alim və tədqiqatçının elmi tədqiqatları yer alıb.
Layihənin nəticəsi olaraq İtaliyanın nüfuzlu “Giunti Editore” nəşriyyatında iki cildli kollektiv monoqrafiya və kataloq nəşr edilib.
Qeyd edək ki, E.Əliyev uzun müddətdir ki, Giovio kolleksiyasında yer alan Şah İsmayıl və Şah Təhmasib portretlərini tədqiq edərək, iki dəyərli tədqiqat əsəri ərsəyə gətirib.
Çəkisi 8 kiloqram olan kollektiv monoqrafiyada dərc olunan bu iki məqalədə Şah İsmayılın Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin isə fars deyil, məhz tarixi Azərbaycan dövləti olması ilə bağlı xüsusi faktlar qeyd olunub.
www.RIA24.az