“Azərbaycanda musiqiçilərin durumu iş tapmaq baxımından problemlidir”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.
“Kim normal yaşayırsa, o adamlar toya gedir. Minlərlə musiqiçidən, uzağı, yüzü-iki yüzü toya gedir, gedə bilir. Bəs qalanları?” – rektor əlavə edib.
Siyavuş Kərimi hesab edir ki, Konservatoriyanı bitirən kəs orta məktəblərdə musiqi fənnini tədris eləmək gücündədir:
“Amma musiqidən bixəbər adamlar onların yerini tutur, musiqi tədris edirlər”.
www.RIA24.az