Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi 7-10 dekabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Arxangelsk şəhərində keçiriləcək VII Beynəlxalq “Arctic Open” Film Festivalında iştirak edəcək.
“Mərmər soyuğu” festivalın tammetrajlı filmlər bölməsinə qəbul edilən 11 filmdən biridir.
Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Giyom de Seil, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
Filmin festival səhifəsi: https://arctic-open.com/en/program/holodnyj-kak-mramor/
“Mərmər soyuğu” filminin festival qrafiki:
PÖFF Tallin Qara Gecələr Film Festivalı – “Ən yaxşı aktyor” mükafatı (2022, Estoniya)
53-cü GOA Beynəlxalq Film Festivalı – Əsas müsabiqə (2022, Hindistan)
16-cı Avrasiya Beynəlxalq Film Festivalı – “Ən yaxşı rejissor” mükafatı (2022, Qazaxıstan)
29-cu Asiya Filmləri Beynəlxalq Festivalı – Əsas müsabiqə (2023, Fransa)
27-ci Sofiya Beynəlxalq Film Festivalı – Əsas müsabiqə (2023, Bolqarıstan)
5-ci Beynəlxalq Kimolos Film Festivalı – “Qızıl ağac” (“Qran-pri”) mükafatı (2023, Yunanıstan)
30-cu Paliç Avropa Film Festivalı – Münsiflər heyətinin xüsusi mükafatı (2023, Serbiya)
4-cü Lendok Beynəlxalq Film Festivalı – “Ən yaxşı birgə istehsala görə” Festivalın Xüsusi Mükafatı (2023, Rusiya)
33-cü Cottbus Beynəlxalq Film Festivalı (7-12 noyabr 2023, Almaniya)
www.RIA24.az