“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib – FOTO

Mədəniyyət


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən “Zəfər” musiqi və teatr festivalı silsilə tədbirlərlə davam edir.

Nazirlikdən verilən xəbərə görə, festivalın növbəti musiqili tədbiri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilib.

Gecədə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinifi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.
Konserti mədəniyyət, incəsənət xadimləri, şəhid, qazi övladları və digər qonaqlar izləyiblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konsert proqramı təqdim olunub.

Proqramda “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şalaxo”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir