Azərbaycan XİN UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb – FOTO

Mədəniyyət


Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESCO-nun Fransanın paytaxtı Parisdə keçirilən Baş Konfransının 42-ci sessiyası çərçivəsində qurumun baş direktoru Odre Azule ilə görüşüb.

“Report” xəbər verir ki, görüş zamanı Azərbaycan-UNESCO əlaqələri, xüsusilə, mədəniyyətlərarası dialoq və mədəni irsin qorunması sahəsində əlaqələr müzakirə olunub.

E.Məmmədov qarşı tərəfi Azərbaycanın Qarabağ bölgəsində və indiki Ermənistan ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması barədə məlumatlandırıb.

O, UNESCO-nu Azərbaycan mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir