Səidə Quliyeva: “Kinomuzun keyfiyyətinin düşmə səbəbi mənə də qaranlıqdır”

Mədəniyyət


Azərbaycanda film sektoru demək olar ki, iflic vəziyyətindədir. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda kifayət qədər gənc, bacarıqlı, peşəkar aktyor və aktrisalar olsa da, kino sahəsindəki keyfiyyət olduqca aşağıdır. 

Bəs bunun səbəbi nədir? 

Xalq artisti, aktrisa Səidə Quliyeva Bizim.Media-ya bildirib ki, Azərbaycanın film sektorunda sanki hamı gözləmə mövqeyindədir: 

“Mən təkcə respublikada yox, dünyada tanınmış məşhur rejissorlarla işləmişəm. Onlardan biri də Vaqif Mustafayevdir. Təəssüflər olsun ki, ondan sonra mən heç bir film rejissoru ilə çalışmamışam. Deməzdim ki, Azərbaycanda bacarıqlı gənc kadrlar yoxdur. Sadəcə onlara istiqamət verilməli, maliyyə köməkliyi göstərilməlidir. 

Film sahəsi bizdə pərakəndə halını alıb. 

Mənə də qaranlıqdır ki, Azərbaycanda kino sektorunda keyfiyyət niyə aşağı düşüb? Bunu bu sahəylə məşğul olan rəhbər şəxslərlə danışıb öyrənmək lazımdır. Çünki bizdə Sovet dövründə və ondan sonra film sahəsi çox yaxşı inkişaf etmişdi. Hazırda isə çəkilən bir və ya iki filmlə biz deyə bilmərik ki, Azərbaycanda kino sahəsi inkişaf edib və ya geri qalıb. 

Hazırda bu sahədə durğunluq yaşanır. Biz sənət adamları istəyərdik ki, yaxşı filmlər çəkilsin, ssenarilər yazılsın, maddi durum yaxşı olsun və biz də dəvət olunaq. Elə bil ki, hamı gözləmə mövqeyindədir. Lakin bizlər nəyi, nə vaxt gözləyiriksə, bilmirəm”.  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir