Azərbaycanda “Baku Fashion Week”in ilk mövsümü start götürüb – FOTO

Mədəniyyət


Dünən Bakı Konqres Mərkəzində ölkədə bütün beynəlxalq standartlara cavab verən moda həftəsi yaratmaq və yerli dizaynerlərə öz brendlərini və kolleksiyalarını tanıtmaq üçün ən yaxşı şəraiti təmin edən “Baku Fashion Week”in ilk mövsümünə start verilib.

Oxu.Az-ın məlumatına görə, bu günlərdə Azərbaycan, Türkiyə, Gürcüstan və İspaniyanı təmsil edən yerli və xarici dizaynerlərin 14 nümayişi olacaq.

“Baku Fashion Week”in dəvət olunan qonaqları arasında yerli və xarici bloqerlər, inflüenserlər, eləcə də yaxın və uzaq xaricdən moda ikonları var. Onların arasında istedadlı stilist və Qazaxıstanda moda imperiyasının sahibi Liliya Rax, milyonlarla tamaşaçı auditoriyası olan məşhur inflüenser, teleaparıcı, televiziya şoularının iştirakçısı Karina Niqay və başqaları var. “Harper’s Bazaar”, “Elle”, “Esquire” və “L’Officiel” kimi dünyaca məşhur media-franşiza nümayəndələri də iştiraklarını təsdiqləyiblər.

Bakı Moda Həftəsinin digər fəxri qonağı və baş direktoru Nina Drako (Polşa) olub. Nina müxtəlif dizaynerlər və brendlər üçün bir sıra uğurlu beynəlxalq şouların yaradıcısı və iştirakçısıdır. Öz növbəsində beynəlxalq layihələrdə böyük təcrübəyə malik Yevgeniya Çernışova (Belarus) “Baku Fashion Week”in ilk mövsümünün xoreoqrafı olacaq.

Qeyd edək ki, “Baku Fashion Week” “ModePoint” və “Stock” tərəfindən təşkil olunub.

Daha çox foto burada: PhotoStock.az.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir