İranda məşhur aktrisa Azadə Səmədinin ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, aktrisanın Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında pasportu əlindən alınıb və ona ölkədən çıxmasına icazə verilməyib.
Buna səbəb isə onun həmkarının dəfn mərasimində hicaba riayət etməməsinə görə barəsində iş açılması olub.
Azadə Səmədi Hindistanda Goa ştatında keçirilən 54-cü Hindistan Beynəlxalq Film Festivalına yollanmaq niyyətində olub.
www.RIA24.az