Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi daha bir yığmada işləmək istəyir.
Bu barədə 67 yaşlı mütəxəssis açıqlamasında deyib.
İtaliyalı baş məşqçi hazırda axtarışda olduğunu bildirib:
“Belə bir variant var. Ümid edirik ki, o, reallaşacaq. Amma müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm”.
Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla çıxış etdiyi F qrupunda 4-cü yeri tutub. O, daha əvvəl Albaniya millisində işləyib və bu yığma ilə 2016-cı ildə baş tutan Avropa çempionatına vəsiqə qazanıb.
Mənbə: ”Sky Sport 24”
www.RIA24.az