Kənan Bədəlov: “Festivalda təqdim edilən bütün şərablar Azərbaycan istehsalıdır”

Mədəniyyət


“Festivalda təqdim edilən bütün şərablar Azərbaycan istehsalıdır, hər biri özəl və dadlıdır. Çox fəxr etdiyimiz bir mənzərədir”.

Bunu Oxu.Az-a Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndində keçirilən II Üzüm və Şərab Festivalının qonağı, tanınmış kulinariya bloqeri Kənan Bədəlov deyib.

O qeyd edib ki, şərablarımızın dünyada tanınması, milli yeməklərimizlə birlikdə milli şərabçılığımızın təbliği çox vacibdir:

“Bu gün təşkil edilən festival da çox maraqlı və önəmlidir. Ziyarətçilərin də maraqla qarşıladığının şahidi oluruq.

Demək olar, bütün şərabları, xüsusilə yeni növləri dequstasiya etmək imkanımız oldu. Mən Azərbaycanda istehsal edilən şərabların hər birini çox sevirəm”.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir