“Təhminə”ni çəkəndə infarkt keçirdi, filminə əngəl oldular, son arzusu siqaret idi – VİDEO

Mədəniyyət


Baku TV-də Xalq artisti, kinorejissor Rasim Ocaqova həsr olunan veriliş yayımlanıb.

Verilişdə kinoşünas Aydın Kazımzadə, operator Rəfail Qəmbərov, Xalq artisti Hacı İsmayılov və digər tanınmış şəxslər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüblər.

Kinoşünas Aydın Kazımzadə bildirib ki, R.Ocaqov operator sənətinə vurğun olsa da, daha sonra rejissor olmaq qərarına gəlib:

“Rasim rejissor olmaq istəyəndə, Adil İsgəndərov ona icazə vermədi. Dedi ki, get diplom gətir. Ona görə də R.Ocaqov İncəsənət Universitetini oxuyub. Diplomunu A.İsgəndərova təqdim edəndən sonra yarımçıq qalan “Qatır Məmməd” filmi ona həvalə edilib. Bu film R.Ocaqovun kinoda ilk işi olub”.

Operator R.Qəmbərov “Ad günü” filminin quruluşçu operatoru ola bilmədiyi üçün məyus olduğunu deyib:

“Rasim bəy bu filmə məni dəvət edəndə Ağstafada başqa film çəkilişində idim. Ağstafadakı çəkilişlər uzandığı üçün “Ad günü” filmi mənə qismət olmadı”.

Xalq artisti Hacı İsmayılov aktyorluq həyatının necə başladığından danışıb:

“O vaxtlar kinostudiyada filmləri səsləndirirdim. R.Ocaqov “Ad günü” filminə məni dəvət etdi. Ağlıma gəlməzdi ki, kimsə məni filmə dəvət edər. R.Ocaqov dünyasına daxil olmasaydım, həyatım, yaradıcılığım tamamilə başqa cür ola bilərdi”.

Daha ətraflı süjetdə:

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir