Abdulla Şaiqin “Çoban” pyesini canlandıran balaca aktyor və aktrisalar danışdılar – VİDEO

Mədəniyyət


Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Qardabani rayonunda fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının kollektivinin səhnələşdirdiyi növbəti tamaşanın premyerası keçirilib.

Abdulla Şaiqin “Çoban” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşada teatrın balaca aktyor və aktrisaları məharətlə çıxış ediblər.

Baku TV-yə danışan balaca aktyor Nuri Qurbanov əsərdə çoban obrazını canlandırdığını deyib. O, dörd ildir müxtəlif rollarda oynadığını söyləyib.

Aktrisa Məryəm Əliyeva isə sözügedən tamaşada rəqqasə obrazını canlandırdığını bildirib.

Teatr tərəfindən səhnələşdirilən tamaşalarda əsas məqsəd günümüzün reallığı olan bəzi hadisələri orijinallığı ilə diqqətə çatdırmaqdır. Tamaşada həmin dövrdə mövcud olan bir sıra problemlər uşaqların dili ilə təqdim edilir.

Qeyd edək ki, Gürcüstanda yeganə Azərbaycandilli uşaq teatrı olan “BEEZ” Uşaq Teatrının kollektivi bu günədək azərbaycanlı yazıçılarla yanaşı, həm də gürcü yazarların əsərləri əsasında səhnəciklər hazırlayaraq tamaşaçılar qarşısına çıxıb.

Ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir