ABŞ-li aktrisa Culiya Roberts məşhur “Gözəlçə” filminin ilkin ideyasını üzə çıxarıb.
“Bu, “3000 dollar” adlı kədərli bir film olmalı idi”, – deyə Culiya Roberts bildirib.
“Filmin baş qəhrəmanı Vivian narkotik aludəçisi idi. İlkin versiyada film digər baş qəhrəman Edvardın onu yolun ortasında buraxıb, üstünə pul atıb getməsi ilə bitməli idi. Üç min dollar Vivianın Edvardla keçirdiyi gecənin qiyməti idi”, – aktrisa əlavə edib.
Onun sözlərinə görə, film “Disney” tərəfindən alındıqdan sonra hər şey dəyişib:
“Mənə bu rolu verdilər və mən çox qürurlanmışdım. Lakin prodüser şirkəti bağlananda film ortada qaldı və mən çox pis oldum. Ancaq sonra “Disney”, inanılmaz olsa da, bu süjeti götürdü və ondan çox maraqlı bir film çəkdi”.
Xatırladaq ki, Culiya Roberts filmdə iş adamı Edvardın (Rişard Gir) onu müşayiət etmək üçün pulla götürdüyü küçə qadını Vivian rolunu canlandırıb. Bundan sonra qəhrəmanlar bir-birilərinə aşiq olduqlarını anlayırlar.
Filmin premyerası 1990-cı ildə olub. Filmdə, həmçinin Ralf Bellami, Ceyson Aleksander, Lora San Cakomo, Aleks Hayd-Vayt və başqaları çəkiliblər.
Mənbə: peopletalk.ru
www.RIA24.az