Rusiyalı məşhur aktyor xəstəxanadan evə buraxıldı

Mədəniyyət


İnfarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Rusiyanın xalq artisti Mixail Boyarski evə buraxılıb.

Bu barədə aktyorun həyat yoldaşı Larisa Luppian bildirib. Məlumata görə, o, artıq özünü yaxşı hiss edir.

Xatırladaq ki, ötən həftə qəfildən halı pisləşən tanınmış aktyor və ifaçı ürək tutması ilə xəstəxanaya yerləşdirilmişdi.

Oğlu Sergeyin dediyinə görə, xoşbəxtlikdən həmin vaxt onun yanında anası olub və vəziyyətə dərhal müdaxilə edilib. Yoxsa bu, aktyor və ifaçı üçün ölümlə nəticələnə bilərdi.

Mənbə: RT.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir