Musiqinin dili notlardır. Bu dildə başa düşən insanlar, yəni musiqiçilər hansı notun nəyi ifadə etməsini yaxşı anlayırlar. Notların peyda olması isə çox maraqlı hekayədir.
Məsələ burasındadır ki, bizə tanış olan notlar 11-ci əsrdə meydana gəlib.
Bu o deməkdir ki, əvvəllər, ümumiyyətlə, musiqi qeydləri yox idi. Avropa musiqisində səsləri hərflərlə qeyd edirdilər. Bu hərflər musiqini tam olaraq ehtiva edə bilmirdi. Sonralar xorda olan müğənnilər musiqini “neoms” adlanan simvollarla yazmağa üstünlük vedilər.
Amma bu üsul da musiqini tam və aydın şəkildə aça bilmirdi. Böyük kəşfi Qvido Aretso kimi tanınan rahib edib. O, səsləri bildirmək üçün xətlərdən istifadə edib.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az