Fransanın dövlət televiziyası “France Televisions” aktyor Jerar Depardyenin təzyiq və zorlamada ittiham olunduğu sənədli filmin yayımlanmasından sonra baş rolda çəkildiyi filmlərin nümayişini dayandırıb.
Bunu “France Televisions”ın kinematoqrafiya və beynəlxalq inkişaf üzrə direktoru Manuel Alduy “France 2” telekanalında deyib.
“Jerar Depardyeni tərif etməməliyik. Bu mümkün deyil”, – deyə o bildirib.
Məlumata görə, dünən Fransanın “Depardye: Adamyeyənin süqutu” sənədli filmi nümayiş olunub. Filmdə Depardyenin 2018-ci ildə ölkənin 70 illik yubileyi üçün Şimali Koreyaya səfəri göstərilir. Filmə çəkildiyini bilən Depardye qadınlara nalayiq təriflər yağdırıb, onların görkəminə münasibət bildirib, tərcüməçini sıxışdırıb, həmçinin atçılıq mərkəzində gördüyü azyaşlı atlının görünüşünə əxlaqsızcasına fikir bildirib.
Aprelin 12-də məlum olub ki, 13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham edib. Bütün ittihamlar Depardyenin 2004-2022-ci illər arasında işlədiyi 11 film və seriala aiddir.
Qeyd edək ki, Depardye ilə görüşən bəzi xanımlar baş verənlər barədə anonim danışıb, bəzisi isə heç danışmayıb. Onların arasında 2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürən aktrisa Şarlotta Arnu da var. 2023-cü ilin sentyabrında aktrisa Ellen Darras da Depardyeyə qarşı polisə şikayət edib.
Mənbə: gazeta.ru
www.RIA24.az