Mikelancelo Buonarrotinin rəsmləri olan gizli otaq Florensiyada ictimaiyyətə təqdim olunub. Otaq San Lorenso Bazilikasında Mediçi Kapellasında yerləşir.
İndiyə qədər “gizli otaq” yalnız mütəxəssislər üçün əlçatan olub. İnsanları oraya buraxmaq üçün rəsmlərə zərər verməyən xüsusi işıqlandırma sistemi yaradılıb.
Qeyd edək ki, 1530-cu ildə Roma Papası VII Kliment Mikelancelonu güclü Mediçi ailəsi ilə mübahisə etdikdən sonra ölümə məhkum edib. Sənətçi xilas olmaq üçün iki aya yaxın kiçik otaqda gizlənib. Bu müddət ərzində o, divarlarda əvvəlki işlərini xatırladan onlarla rəsm çəkib. Rəsmlər divarlara kömür və təbaşirlə çəkilib.
1975-ci ilə qədər, Mediçi Kapellasının direktoru Paolo Dal Pojetto muzeydən yeni çıxış üçün uyğun otaqlar axtarmağa başlayana qədər bu otağın varlığından heç kimin xəbəri olmayıb. Axtarış zamanı o, şkafın altından onu 10 metr uzunluğunda və üç metr eni olan otağa aparan keçid aşkar edib.
Mütəxəssislər qeyd ediblər ki, təsvirlər Mikelancelonun əsərlərinin bir növ “kataloquna” bənzəyir. Rəssam bu otaqdan sağ çıxacağına əmin olmadan onu yaradıb.
Mənbə: TASS
www.RIA24.az