Hacı İsmayılov: “Ramiz Məlikə zəng vurub, səhhətini soruşmaq istəyirdim”

Mədəniyyət


“Neçə gün idi ki, fikrimdən Ramiz Məlikə zəng vurub, səhhətini soruşmaq keçirdi, elə bu gün-sabah dedim, qaldı, baxın, bu da son”. 

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Məliklə vida zamanı jurnalistlərə açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib. 

O bildirib ki, Ramiz Məlikovla həm də tələbə yoldaşı olub: 

“Amma teatrda, kinoda çalışmaq başqa bir şeydir. Ramiz Məlik Azərbaycan mədəniyyətinin, Azərbaycan kinosu və teatrının ən görkəmli nümayəndəsi idi. Ona görə də belə bir görkəmli sənətkarı itirmək, əlbəttə, mədəniyyətimiz, teatrımız, kinomuz və televiziyamız üçün çox ağır bir itkidir”. 

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir