“Simpoziumun məqsədi ölkəmizdəki mədəniyyəti və ruhi bədən praktikalarını daha çox göstərməkdir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində İlk Yaradıcı Psixologiya Simpoziumu zamanı mərkəzin akademik direktoru və festivalın kuratoru Natalya Jukova deyib.
Onun sözlərinə görə, bu simpozium çox önəmlidir:
“Təşkilatçılar da bizim kimi düşünürlər. İnsanın hərtərəfli inkişafına yol açacaq. İnsanın təkcə bədən və zehninin inkişafına deyil, bütün hiss və düşüncələrini dərk etməyə kömək olur. İnsanlara fiziki və kreativ cəhətdən kömək edirik. İncəsənətlə həyatlarını yaşayanda dünyaya baxışları tamamən başqa olur. Tamamilə yeni baxış yaranır”.
N.Jukova bugünkü tədbirin ödənişsiz olduğunu vurğulayıb:
“Tamamilə pulsuz tədbirdir. Əsas tələbələr iştirak edirlər. Lakin belə bir şərt yoxdur ki, sırf tələbələr iştirak edə bilərlər. Məqsəd ölkədəki mədəniyyəti, kreativliyi daha çox göstərməkdir. Missiyamız odur ki, doqquz duyğunu birləşdirək. Bütün hisslər birləşib”.
Daha çox şəkil burada: PhotoStock.az
Nəzrin Vahid
www.RIA24.az