Metyu Perrinin ölüm səbəbi məlum olub

Mədəniyyət


ABŞ-li aktyor və “Dostlar” serialının ulduzu Metyu Perrinin ölüm səbəbi məlum olub.

Məlumata görə, aktyor ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib. Bu ölüm səbəbi Los-Anceles Tibbi Ekspertiza Ofisi tərəfindən edilən yarılma hesabatında göstərilib.

Qeyd edək ki, bu dərman ABŞ-də anesteziya vasitəsi, həmçinin depressiyanı müalicə etmək üçün istifadə olunur. Sənəddə aktyorun depressiya və narahatlıq üçün ketamin infuziya terapiyası aldığı bildirilir. Son müalicə seansı ölümündən bir həftə yarım əvvəl baş tutub.

Sənətçinin ölümünə səbəb olan amillər arasında huşunu itirməsi nəticəsində boğulma da göstərilib.

Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində vəfat edib.

Mənbə: gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir