Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər – FOTO

Mədəniyyət


Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər.

Bu barədə “Report”a Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib.

O, qeyd edib ki, Mədəniyyət Muzeyində əl ilə toxunan milli xalçalarımızın yekunu ilə bağlı sərgi təşkil edilib. Layihə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

L.Əliyevanın sözlərinə görə, bir aylıq müddətdə Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər: “Xüsusilə Qarabağ və Borçalı xalçalarımızın ornamentləri toxunub. Onların da əl işləri bu gün Azərbaycan Mədəniyyət Muzeyində sərgilənib. Muzeydə milli mədəniyyətimiz, musiqimiz yüksək səviyyədə təbliğ edilir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir