Mədəni İrs Forumu çərçivəsində “Qarabağ incəsənət düşərgəsi” sərgisi açılıb – FOTO

Mədəniyyət


Dekabrın 18-19-da keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan” sarayında “Qarabağ incəsənət düşərgəsi” adlı rəssam və heykəltaraşların əsərlərindən ibarət sərgi təşkil olunub.

Oxu.Az xəbər verir ki, sərgidə işğaldan azad olunmuş Qarabağa Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən səfərlər zamanı sənətkarların ərsəyə gətirdikləri əl işləri yer alıb. Ekspozisiyada, həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltaraşlıq nümunələri maraq doğurur.

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar – maddi mədəniyyət nümunələri təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır.

Sərgidə, həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir