İçərişəhərdə film çəkilişləri zamanı qiymət məsələsinə aydınlıq gətirilib.
“Report” xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycanda ilk dəfə keçirilən “Mədəni irs” forumunun ikinci günündə çıxışı zamanı deyib.
“Hesab edirik ki, bu kimi qoruqlarda çəkilişlərin pulsuz olması onun əlçatanlığının kifayətdən daha artıq olmasına şərait yarada bilər. Buna görə də qiymətlər müəyyən mexanizmə görə tənzimlənir”, – deyə Ş.Seyidzadə bildirib.
www.RIA24.az