Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Marionet Teatrının yaranmasının 35, “Arşın mal alan” operettasının 110 illiyinə həsr edilib.
Səhnə əsəri bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilib.
Marionet tamaşasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjemançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.
www.RIA24.az