Bəstəkarlar İttifaqının sədri: “Üzeyir Hacıbəyov istəməzdi ki, efirdə yalnız toy mahnıları təbliğ olunsun”

Mədəniyyət


“Qələbə ilə bağlı gözəl əsərlərimiz var, yazılıb, yazılır və daim konsert salonlarında nümayiş olunur”.

APA xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

“Amma mən qələbəmizdən əsər yazılmır deyənləri o tip konsertlərdə görmürəm. Görsəm, soruşaram ki, bəs sual verirsiniz, qələbəmizi əks etdirən əsərlər yoxdur, var axı. Mən istəyirəm ki, bu əsərlər, nümunələrimiz televiziyalarda da nümayiş olunsun, təbliğ olunsun, tanınsın. Üzeyir Hacıbəyov məgər yalnız toy musiqilərinin təbliği üçünmü var? O istəməzdi ki, efirdə yalnız toy mahnıları təbliğ olunsun”, – o bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir