Baku TV-də Emil Hacıyevin apardığı araşdırmanın mövzusu “Arxada qalmış gələcək” filmidir.
Film qaçqın düşərgəsində yaşayan, keçmişə, 1990-cı illərin müharibə bölgəsinə düşən uşağın hekayəsindən bəhs edir. Film Sergey Abramovun “Cəbhəyanı meşədə” povestinin motivləri əsasında çəkilib.
Filmdə hadisələr 14 yaşlı Səmədin təxəyyülündə, hallüsinasiya vəziyyətində baş verir. 2004-cü ildə yaşayan qəhrəman qaçqınlara məxsus adi həyat tərzi sürür.
O, gözlənilməz hadisə nəticəsində huşunu itirir və 90-cı illərə düşür. Əsgərlərə Qarabağın artıq işğal olduğunu deyəndə onlar əsəbiləşirlər.
Əsgərlər buna baxmayaraq, tərəddüd etmədən əməliyyatları sona çatdırmağa qərar verirlər.
Daha ətraflı süjetdə:
www.RIA24.az