70 yaşlı irlandiyalı aktyor və prodüser, “Ceyms Bond”un məşhur ulduzu Pirs Brosnan “Yellowstone” Milli Parkında qorunan və təhlükəli “Mamont Terras”ın isti bulaqlarını ziyarət etdiyi üçün məsuliyyətə cəlb olunub.
Məlumata görə, aktyor yanvarın 23-də Vayominqdə məhkəmə qarşısına çıxacaq.
Mamont terrasları “Yellowstone”un məşhur diqqətəlayiq, görməli yeridir. O, daim rəngini dəyişir. Federal qaydalara əsasən, milli parka gələnlər ancaq təyin olunmuş yollarla hərəkət etməlidirlər. Ondan kənara çıxanlar altı aya qədər həbs və 5000 dollara qədər cərimə ilə cəzalandırılırlar.
Qeyd edək ki, indiyə qədər ən azı 22 nəfərin “Yellowstone”un bulaqlarında və qeyzerlərində aldığı yanıqlardan öldüyü məlumdur.
Mənbə: Daily Mail
www.RIA24.az