Prezidentin köməkçisi: “Azərbaycanın tarzənləri 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar” – VİDEO

Mədəniyyət


Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın musiqi aləti tarla bağlı paylaşım edib.

O, “X” hesabında “Al Jazeera”nın Azərbaycan xalq musiqiçiləri ilə bağlı hazırladığı materiala istinadən qeyd edib ki, Azərbaycan tarzənləri 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar.

“Azərbaycan tarı uzun saplı, ənənəvi olaraq hazırlanır və Azərbaycan Respublikasında icmalarda ifa olunur. Tar və bu ənənə ilə bağlı bacarıqlar azərbaycanlıların mədəni kimliyinin formalaşmasında mühüm rol oynayır”, – Prezidentin köməkçisi bildirib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir