Fransada 600-dən çox mədəniyyət xadimi Depardyeni və onu dəstəkləyənləri pisləyib və bununla bağlı məktub imzalayıb.
Məktubu imzalayanlar arasında fransız müğənnilər İmani və Luan Emera, aktrisalar Cudit Çemla və Klotilde Aime və digər aktyorlar, yazıçılar, musiqiçilər və rejissorlar var. Onların fikrincə, Depardyeni müdafiə edənlər, o cümlədən Fransa Prezidenti Emmanuel Makron seksist və seksual zorakılığın bütün qurbanlarının “üzünə tüpürürlər”.
İmzalayanlar ədalət işinin vacibliyini qeyd edib və biganə qalmamağa çağırıblar. Onların fikrincə, narahat olanlar “cəzasızlıq əks-sədasını məhv etmək” və “həqiqətə işıq salmaq” üçün sözünü deməli və “sükut qanununu pozmalıdırlar”. Müəlliflər qeyd ediblər ki, Depardyenin verdiyi bəyanatlar və etdiyi hərəkətlər kimi hər şeyin ciddiliyini azaltmağı dayandırmalıyıq.
“Qoy ədalət öz işini görsün. Amma biz də öz işimizi görməliyik. İşimiz qurbanları dəstəkləmək, təcavüzkarları və zalımları rahat buraxmamaqdır. Qoy onlar artıq cəzasız qalacaqlarını düşünməsinlər.
Mənbə: İzvestiya.ru
www.RIA24.az