Fransız jurnalist: “Aleksandr Dümanın heyran olduğu Natəvanın abidəsinin sökülməsi biabırçılıqdır” -FOTO/VİDEO

Mədəniyyət


“Aleksandr Dümanın heyran olduğu Natəvanın abidəsinin sökülməsi biabırçılıqdır”.

Oxu.Az-ın məlumatına görə, bu barədə fransalı məşhur jurnalist, Fransanın “La Gazette du Caucase” onlayn qəzetinin baş redaktoru Jan-Mişel Brun özünün “X” sosial şəbəkəsində Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi xəbərinə münasibət bildirərkən vurğulayıb.

O, qeyd edib ki, bu qərardan sonra Volter və Zolya məzarlarında dönürlər.

Xatırladaq ki, dekabrın 22-də Evian-les-Ba bələdiyyəsinin Natəvanın şərəfinə ucaldılan abidənin sökülməsi ilə bağlı Azərbaycan mədəniyyətinə düşmən qərar qəbul etdiyi barədə məlumat yayılıb. Həmçinin həmin gün məlum olub ki, şəhərdə “Azərbaycan parkı”nı qeyd edən bütün lövhələrin götürülməsi barədə qərar qəbul edilib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir