Elnarə Xəlilova: “Aygünlə yeni layihələr etmək istəyirdik, əcəl imkan vermədi”

Mədəniyyət


“Biz Aygün Bəylərlə çox da yaxın olmasaq da, əminəm ki, bir-birimizin uzaqdan da olsa, sənətini bəyənirdik. Könüldən-könülə həmişə yol olur. Aygün xanımı çox sevirdim. Tələbələrimlə onu mərkəzimizdə qonaq etmişdik. Yeni layihələr etmək istəyirdik, əcəl imkan vermədi”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova Əməkdar artist Aygün Hümmətova ilə (Bəylər)  Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan vida mərasimində deyib.

“Aygünün dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutan konsertinə gədə bilmədim. Onu o vəziyyətdə görmək istəmədim. Tələbələrim konsertə getmişdilər, video çəkmişdilər. Onu o vəziyyətdə görmək çox çətin idi”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir